Kino sahəsində əməkdaşlıq məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər ölkələrdən gəlmiş kino sahəsi üzrə mütəxəssislər iyunun 27-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.

Qonaqları Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və nazirliyin digər məsul şəxsləri müşayiət ediblər.

Qonaqlar Azərbaycan tarixi-mədəni irsinin daş yaddaşı olan Qobustan abidələri, buradakı qayaüstü rəsmlər, qoruq ərazisindəki muzey kompleksi ilə maraqla tanış olublar. Qoruq ərazisində qazıntılar nəticəsində aşkar olunmuş artefaktlar haqqında da məlumat verilib.