Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 25-də Kuba Respublikasının ölkəmizdəki səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Qonağı salamlayan nazir Anar Kərimov Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edib, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu söyləyib.

Görüş zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin, tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib, ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb. Mövcud əlaqələrin möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdıran diplomat ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu deyib.