Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Turizm və İdman Nazirliyinin nəzdində Mədəni İrs Agentliyinin fəaliyyəti və bu sahənin innovativ inkişafı ilə bağlı sərəncam imzalayıb. Agentlik maddi mədəni irs, arxeoloji və muzey obyektlərinin ölkəyə gətirilməsi və ölkədən çıxarılmasına dair bütün məsələlərin həlli üçün yaradılmış dövlət orqanı kimi fəaliyyət göstərəcək.

Ölkədəki maddi mədəni irs obyektlərinin müdafiəsi, muzeylərin fəaliyyətinin inkişafı, arxeoloji araşdırmaların dəstəklənməsi, xarici ölkələrdə Özbəkistan tarixinə dair mədəni dəyərlərin aşkarlanması kimi məsələlər yeni agentliyin səlahiyyətinə daxildir. 

Özbəkistan Turizm və İdman Nazirliyinin yaydığı xəbərə görə, sərəncama müvafiq olaraq, Qaraqalpaqstanda (muxtar respublika), vilayətlərdə və Daşkənddə maddi irsi qoruyan regional idarələr yaradılacaq.   

GÜLCAHAN