Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilmiş virtual "Yaz festivalı"nın qalibləri müəyyən olunub. "Nizami Gəncəvi İli" çərçivəsində gerçəkləşən festival bədii qiraət və rəsm (əl işləri) olmaqla iki nominasiyada keçirilib.

Bədii qiraət üzrə mükafatçılar:

I yer

Xədicə Kərimova (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Zəhra Əzimli (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Nərmin Kərimova (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Bahar Əzimli (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);

II yer

Ziyafət Hüseynov (Masallı rayon Musaküçə kənd Sənətkarlıq evi, bədii rəhbər).

III yer

Rüqəyya Babayeva (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü);
Xədicə Əliyeva (Cəlilabad rayon Alar kənd Mədəniyyət evi, dərnək üzvü).

 

Rəsm (əl işləri) üzrə mükafatçılar:

I yer

Şəhanə Balakişiyeva (Göytəpə şəhər 1 saylı tam orta məktəbin şagirdi);
Nurgül Fərəcova (Masallı şəhər İncəsənət məktəbinin şagirdi).

II yer

Təhmasib Məcidov (Masallı Rayon Dövlət Rəsm Qalereyası, direktor vəzifəsini müvəqqəti icra edən);
Elçin Nəzərov (Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası, direktor).

III yer

Səma Əmrahova (Cəlilabad rayon Alar kənd tam orta məktəbinin şagirdi);
Səbinə Həbibova (Masallı şəhər İncəsənət məktəbinin şagirdi);
Rüqəyya Rəhmanova (Cəlilabad rayon Alar kənd tam orta məktəbinin şagirdi).

Festivalda müvafiq istiqamətlər üzrə qalib iştirakçılar yaxın günlərdə Masallı Regional Mədəniyyət İdarəsinin diplomu ilə təltif ediləcək.
Xatırladaq ki, onlayn "Yaz festivalı" mayın 12-dən iyunun 12-dək davam edib. Festivalda dahi şairin əsərlərindən seçmələr bədii qiraət olunub, əsərləri əsasında rəsmlər çəkilib.