AVRO-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununa həsr edilən açıq hava teatrı təşkil olunub.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında qurulan səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorlarının iştirakı ilə danimarkalı yazıçı Hans Kristian Andersenin məşhur “Düyməcik” və “Qar kraliçasi” nağıllarından parçalar nümayiş olunur.  Saat 21:00-dan saat 23:00-a qədər davam edən açıq hava teatrının ilk tamaşası iyulun 1-də olub. Daha bir təqdimat 2 iyulda olacaq.

Təşəbbüsün məqsədi AVRO-2020 həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə xoş təəssürat yaratmaqdır. Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final oyununda Çexiya və Danimarka yığmaları üz-üzə gələcək.