Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən “Happy childhood” (“Xoşbəxt uşaqlıq”) onlayn beynəlxalq uşaq rəsm müsabiqəsində iştirak ediblər.

Məktəblilərdən Nərmin Ağamirzəyeva birinci yerə, Gövhər Qafurova isə ikinci yerə layiq görülüb. Balaca rəssamlar hədiyyə və diplomlarla təltif olunublar.