Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mədəniyyət Mərkəzinin Qarabağlı Diyarşünaslıq evində I Qarabağ müharibəsi şəhidi Bəxtiyar Ağayevin ailə üzvləri ilə görüş keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən şəhər 2 saylı Diyarşünaslıq klubunda “Vətənin mərd oğulları” adlı görüş keçirilib. Görüşdə 44 günlük Vətən müharibəsində gözünü qırpmadan ölümün üzərinə gedən qəhrəman hərbçilərimizdən söz açılıb.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr edilmiş “Oğul düşmən çəpəridir!” kitabının müəllifi şairə Esmira Günəşlə onlayn görüş keçirilib. Görüşdə qəhrəman şəhid haqqında videoçarx nümayiş olunub.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi İlyas Nəsirovun doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə regional idarənin rəisi Faiq Xudanlı, rayondakı mədəniyyət müəssisələrinin rəhbərləri, qazilər, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Masallı Regional Mədəniyyət İdarəsi Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayevlə rayon gənclərinin görüşü keçirilib.

Şəmkir Regional Mədəniyyət İdarəsi Şəmkir şəhər Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin əməkdaşları N saylı hərbi hissədə əsgərlərlə görüş keçiriblər. İdarənin Göygöl rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivinin N saylı hərbi hissədə konsert proqramı təqdim olunub.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Uşaq şöbəsi Vətən müharibəsi şəhidi Röyan Hüseynovun ailəsi ilə “Şəhidlik şərəf, qeyrət rəmzidir” adlı onlayn görüş təşkil edib.

N.MƏMMƏDLİ