İsmayıllı Regional Mədəniyyət İdarəsində Vətən müharibəsində iştirak etmiş tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilib. Görüşdə regional idarənin rəisi Elçin Nəcəfov, idarənin əməkdaşları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS “Milli Qəhrəmanlar zirvəsi, qeyrət rəmzi” adlı onlayn tədbir keçirib. Mədəniyyət işçiləri və fəal oxucuların iştirak etdiyi tədbirdə şanlı Ordumuzun qəhrəmanlıq səhifəsini əks etdirən virtual sərgi nümayiş olunub.

Şəki Regional Mədəniyyət İdarəsi Balakən rayon Hənifə kənd Sənətkarlıq klubunun işçiləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Hüseynovun məzarını ziyarət ediblər. Oğuz rayon Qumlaq kənd kitabxanasında Vətən müharibəsi şəhidi Vüsal İsmayılovun xatirəsinə həsr olunmuş onlayn anım tədbiri keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, kitabxana əməkdaşları və fəal oxucular iştirak ediblər.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzində K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət “Xarıbülbül” adlı sərgi nümayiş etdirilib. Sərgi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsinə həsr olunub.