Xocalı haqqında filmin müəllifidir

 

Litvalı hərbi jurnalist Riçards Lapaitis Azərbaycanın 2020-ci il Vətən müharibəsi barədə sənədli film çəkəcək. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva litvalı jurnalist Riçards Lapaitis və çəkiliş qrupu ilə görüş keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə litvalı jurnalistin Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filmi barədə də söhbət açılıb. Richards Lapaitis filmin çəkilişi zamanı Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşdüyünü, yaxınlarını itirənlərin acı hekayələrini dinlədiyini, eyni zamanda bu film vasitəsilə erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırdığını bildirib.

Görüşdə həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən yeni sənədli filmin çəkilişləri ilə bağlı fikir mübadiləsi aparılıb. Ombudsman tərəfindən müharibə dövründə və müharibədən sonra həyata keçirilən fəaliyyət, aparılan faktaraşdırıcı missiyalar barədə qonağa geniş məlumat verilib.