Ölçüsü cəmi 49 kvadratsantimetrdir

 

Leonardo da Vinçinin çəkdiyi “Ayının başı” eskizi “Christie’s” hərrac evində 12,2 milyon dollara satılıb.

Hərrac evindən verilən məlumatda qeyd olunub ki, 7x7 sm ölçüdə kiçik eskiz çəhrayı rəngli kağız üzərində sadə karandaşla işlənib.

Mütəxəssislər hesab edirlər ki, eskiz rəssamın Florensiyadan Milana köçməsindən qabaq, təxminən 1480-ci ilin əvvəllərində çəkilib.

Qeyd edək ki, bu vaxta qədər Leonardo da Vinçinin hər hansı bir ayını öz əsərlərində təsvir etməsi müəyyən olunmayıb. Güman olunur ki, rəssam “Ayının başı” və “İtin pəncələri” eskizlərini Çeçiliya Qalleraninin portretində bir sincabı təsvir etmək üçün istifadə edib.