Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə tanınmış yazıçı, publisist, “Gülüstan” ədəbi məclisinin sədri Şıxəmməd Seyidməmmədovun Vətən müharibəsi şəhidlərinə ithaf etdiyi “44 günlük tarixi möcüzə” adlı kitabın təqdimat mərasimi keçirilib. MKS-nin Qəçrəş kənd kitabxanasının əməkdaşları, fəal oxucular və kənd sakinləri tərəfindən I Qarabağ müharibəsi şəhidi İbrahim Şahmərdanovun məzarı ziyarət olunub.

Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar “Unudulmaz tarix” adlı tədbir keçirilib. Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi qazisi Fikrət Yaqubzadə ilə görüşüblər. Qazi kitabxanaya abunə yazılıb və maraq dairəsinə uyğun kitabları alıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mədəniyyət Mərkəzinin kollektivi Vətən müharibəsi şəhidi Cavanşir Əhmədovun ailəsinə baş çəkib. İdarənin Xızı rayon üzrə nümayəndəliyinin əməkdaşları və MKS-nin oxucuları şəhidlər Elnur Ağəhmədov, Əlabbas Ələkbərov, Elməddin Cəfərov, Ravil Novruzov, Vidadi Allahverdiyev, Xaspolad Qasımov və Rafiq Məcidovun məzarlarını ziyarət ediblər. Qubadlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar Komitəsinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Ramil Quliyevin ailəsi ilə görüş olub.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin Xətai və Yenigün kənd kitabxana filiallarının əməkdaşları Vətən müharibəsi şəhidi Rusif Quliyevin ailəsini ziyarət ediblər. MKS-nin Aşağı Göycəli kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi qazisi Elməddin Gülməmmədovla görüşüblər. Tovuz rayon Mədəniyyət Mərkəzi və filiallarının əməkdaşları isə Tovuz döyüşləri şəhidi İlqar Zeynallının məzarını ziyarət ediblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Heydər Əliyev Mərkəzi Tovuz döyüşlərinin ildönümü münasibətilə videoçarx hazırlayıb.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri Məhəmməd Şəfiyev, Kamal Məmmədov, Ceyhun Abdullayev, Maksim Voskresenski və Məhəmməd Orucovla görüş keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Şahmar Məmmədovun doğum günü münasibətilə məzarını ziyarət ediblər.

NURƏDDİN