Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları və bir qrup rəssam paytaxtın Sabunçu rayonunun Balaxanı qəsəbəsində olub. Rəssamlar ötən il qədim qəsəbədə aparılan bərpa və quruculuq işləri ilə maraqlanıb, tarixi və memarlıq nümunələrini yağlı boya ilə kətan üzərinə köçürüblər.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova və Uşaq incəsənət məktəbinin direktoru Eldar Rəcəbov mədəni irsin qorunmasında xidmətlərinə görə şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən fəxri fərmanla təltif olunublar. Fəxri fərmanlar Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin ildönümü münasibətilə keçirilmiş tədbirdə təqdim olunub. Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim və şagirdləri Balakən şəhərində yeni istifadəyə verilmiş Uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış ediblər. Şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri – Melisa Məcidova, Əfsanə Lətifova, Nübar Əbdürrəhmanova, Günel Nəsibli və Aişə Fətəliyeva Bakı Musiqi Akademiyası məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” adlı müsabiqədə laureat və diplomant adını qazanıblar.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Zərdabi qəsəbə kitabxanası Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Ələsgər yaradıcılığı” adlı tədbir keçirib.

Zaqatala rayon MKS-nin Kəpənəkçi kənd kitabxanasının həyətində “açıq kitabxana günü” keçirilib. Qax rayonu Əmbərçay kənd kitabxanası və Oğuz rayon MKS-nin Böyük Söyüdlü kənd kitabxanası isə “nağıl saatı” təşkil edib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının oxu zalı “Yüksək mədəniyyətli insan və Azərbaycanın gələcəyi” mövzusunda kulturoloq Fuad Məmmədovla onlayn görüş keçirib. MKS-nin 7 saylı kitabxana filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzinə “Muzeyləri tanıyaq və tanıdaq” layihəsi çərçivəsində onlayn ekskursiya təşkil edib. Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi kiçikyaşlı uşaqların iştirakı ilə “Balacaların nağıl dünyası” adlı “nağıl saatı” təşkil edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Nağıllar aləminə səyahət” adlı səyyar sərgi təşkil edib.

Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Mərkəzi Kitabxanasında Aşıq Ələsgərin 200 illiyi münasibətilə tədbir keçirilib.

NURƏDDİN