Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Milli Kino Mükafatının 2021-ci il üzrə laureatının adını açıqlayıb.

ARKİ-nin mətbuat xidmətindən bildirilib ki, qurumun İdarə Heyətinin iclasında qəbul olunan yekdil qərara görə, tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb. Mükafat 2 avqust – Milli Kino Günündə təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə təsis edilib. Məbləği 2 min manatdır.