Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Yay məktəbi” çərçivəsində “Kitab oxumaq bizə nə öyrədir?” mövzusunda intellektual oyun keçirilib.

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Güllük kənd Mədəniyyət evi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Xəlqimin toy kimi bir adəti var” adlı diskussiya keçirilib. Balakən şəhər 2 saylı Diyarşünaslıq klubunda “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı onlayn tədbir təşkil olunub.

Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən “Mədəni kənd – mədəni mühit” layihəsi çərçivəsində Saatlı rayonunun Şirinbəyli kəndində tədbir keçirilib. Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək layihə barədə ətraflı məlumat verib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin tabeliyində olan Qoyunbinəsi kənd kitabxana filialı oxuculara səyyar kitabxana xidməti təşkil edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbinin şagirdi Fatimə Abasova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdindəki məktəb-studiyasının 40 illiyinə həsr edilən “Müxtəlif ölkələrin musiqi ədəbiyyatını öyrənirik” gənc musiqiçilərin beynəlxalq müsabiqəsinin diplomantı adını qazanıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Xaçmaz rayonunun Niyazabad kəndi olub. “Sənə Zəfər yaraşır, Azərbaycan!” mövzusunu əhatə edən tədbir çərçivəsində kitab, rəsm, əl işləri və yerli mətbəx nümunələri nümayiş etdirilib. Quba rayon MKS-nin Talabıqışlaq kənd kitabxanası tərəfindən səyyar kitabxana xidməti təşkil olunub.

N.MƏMMƏDLİ