Masallı Regional Mədəniyyət İdarəsi Masallı Xalq teatrında Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzova ithaf edilmiş “Qəhrəmanlıq qalası” adlı virtual ədəbi-bədii kompozisiya təqdim olunub. Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin doğum gününə həsr edilmiş tədbir keçirilib.

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzində 2020-ci ilin Tovuz döyüşlərinin ildönümünə həsr olunan “Böyük Zəfərin başlanğıc günü” adlı dəyirmi masa keçirilib. Dəyirmi masada Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və Kürdəmir MKS-nin 1 saylı filialının əməkdaşları iştirak ediblər.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tovuzdan Şuşaya şəhidlərin qanı ilə çəkilən Zəfər yolu” mövzusunda videokonfrans keçirilib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və digər əməkdaşlar Vətən müharibəsi şəhidi Mirməhəmmədəli Rzazadənin doğum günündə ailəsi ilə görüşüblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin 49 saylı Əhmədavar kənd kitabxanası Tovuz şəhidlərinin əziz xatirəsinə həsr olunmuş videoçarx ərsəyə gətirib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları Tovuz döyüşlərinin şəhidləri Namiq Əhmədov, Elşad Məmmədov, Yaşar Babayev, Elçin Mustafazadə və İlqar Zeynallının məzarlarını ziyarət ediblər. Qazax rayon MKS “Vətən sərhəddən başlayır” adlı onlayn tədbir keçirib. Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Abulbəyli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Bu Zəfəri bizə yaşadan şəhidlərimiz” adlı onlayn tədbir keçirilib. Tovuz rayon MKS isə “Qəhrəmanlar unudulmur” mövzusunda anım tədbiri təşkil edib.

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər MKS-nin kənd kitabxana filialları şəhid gizir Xudayar Yusifzadənin doğum günü ilə əlaqədar videoçarxlar hazırlayıb.

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Mədəniyyət Mərkəzində Tovuz döyüşləri şəhidi, Milli Qəhrəman, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş tədbir təşkil olunub.

Şəki Regional Mədəniyyət İdarəsi Şəki MKS-nin təşkilatçılığı ilə “Qəhrəmanlıq salnaməmiz – Tovuz döyüşləri” adlı videokonfrans keçirilib. Qax rayon Şıxlar kənd klubu və kənd kitabxanasının birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı Elçin Atayevlə görüş olub. Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında Tovuz döyüşləri şəhidlərinin anım mərasimi keçirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyinin təşkilatçılığı ilə “Unudulmayan qəhrəmanlar” adlı tədbir keçirilib. Gəncə şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən sənətkarlıq klubunda Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib. Goranboy rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Vətən sizinlə qürur duyur” adlı tədbir keçirib. Goranboy rayon Mərkəzi Kitabxanası isə “Tovuz şəhidlərini qürurla anırıq” başlıqlı onlayn tədbir təşkil edib.