Azərbaycan Milli Xalça Muzeyi ilə Rusiya Federasiyası Çeçenistan Respublikasının Milli Muzeyi arasında anlaşma memorandumu imzalanıb. Sənədi hər iki muzeyin direktorları – Şirin Məlikova və Zalina Mamayeva imzalayıblar.

İmzalanma mərasimi Şirin Məlikovanın Qroznı şəhərinə ezamiyyəti zamanı gerçəkləşib.

Memorandum tərəflər arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı və genişləndirilməsi məqsədi daşıyır. Sənədə əsasən, muzey işi sahəsində tədqiqatlar aparılacaq, elmi işçilərdən ibarət nümayəndə heyətlərinin səfərləri və metodiki ədəbiyyat mübadiləsi, birgə sərgi layihələri reallaşdırılacaq.

Qeyd edək ki, Milli Xalça Muzeyi Azərbaycandan Çeçenistan Respublikasının muzeyləri ilə əməkdaşlıq edən ilk muzeydir.

Memorandum, həmçinin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına töhfədir.