Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru Cavanşir Quliyev bu günlərdə vətənə gəlişi zamanı Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Komitə sədri Fuad Muradov bəstəkarla görüşüb. Görüşdə Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığı və qiymətləndirildiyi qeyd edilib.

Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasında səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Bəstəkar fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı ölkəmizdən kənarda təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.