F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 iyul – Milli Mətbuat Günü münasibətiilə onlayn viktorina keçirir.

Əsas məqsəd Azərbaycanda milli mətbuatın keçdiyi şərəfli yolu öyrənmək və mətbuatın cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla, yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

Viktorinanın sualları 22 iyul saat 14:00-dan 14:30-dək Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, “Facebook” və “İnstagram” sosial şəbəkə səhifələrində yayımlanacaq.

Oxucular 30 dəqiqə ərzində suallara cavabı kitabxananın info@clb.az, ushaqkitabxanasi@gmail.com, childlibbaku@yahoo.com poçt ünvanlarına göndərməlidirlər.

Onlayn viktorinanın qalibi haqqında məlumat F.Köçərli adına Respublika Uşaq Kitabxanası sosial şəbəkə hesabları vasitəsilə açıqlanacaq. Qalibə dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə ediləcək.