Əməkdar mədəniyyət işçisi, kino və teatr xadimi Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra, iyulun 20-də, 67 yaşında dünyasını dəyişib.

Zemfira Baba qızı Babayeva 1954-cü il noyabrın 17-də Bakıda anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Sonralar fəaliyyətini Azərbaycan Kinematoqrafçılar İttifaqında davam etdirib. Kino sahəsində bir çox layihələrdə yaxından iştirak edib. Fransada Azərbaycan Kinosu Günləri (2001-ci il), Bakıda İsveçrə Kinosu Günləri (2003), Beynəlxalq Uşaq Filmləri Festivalı (2007), “Fokus” kino jurnalının nəşri, UNESCO-nun sifarişi ilə “İlahi səda” sənədli filmi (2011), Mədəniyyət Nazirliyinin sifarişi ilə “Şəbəkə” qısametrajlı filmi belə layihələrdəndir.

Zemfira Babayeva 2013-cü ildən Bakı Bələdiyyə Teatrının truppa müdiri vəzifəsində çalışıb və teatrın son illərdə qazandığı uğurlarda onun da zəhməti olub.

Allah rəhmət eləsin.