Respublika Gənclər Kitabxanası sosial şəbəkə izləyicilərinə 22 iyul – Milli Mətbuat Günü münasibətilə biblioqrafik icmal və videoçarx təqdim edib.

Biblioqrafik icmalda Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında məlumat verilir, Zərdabi tərəfindən 1875-ci ildə əsası qoyulan “Əkinçi” qəzetinin yaranma tarixi, qəzetin ərsəyə gəlməsində əməyi keçən dahi görkəmli ziyalılar haqqında informasiya təqdim olunur.

Materialda Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələlərindən bəhs edən A.Vəliyevin “Azərbaycan mətbuatı tarixi”, H.Zərdabinin “Seçilmiş məqalələri və məktubları”, “Həsən bəy Zərdabi xatirələrdə: biblioqrafik qaynaqlar”, “Əkinçi. 1875-1877” və s. kitabların biblioqrafik təsviri də verilib.

Videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dövrü, tarixi haqqında geniş məlumat verilib. Videomaterialda Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti haqqında söylədiyi dəyərli fikirlər, qəzetinin nüsxələrinin görüntüləri təqdim edilir.

Sözügedən materiallar aşağıdakı linklərdə yerləşdirilib:

https://www.youtube.com/watch?v=ZXakOVX8K58

http://ryl.az/files/metbuat_gunu.pdf