Mədəniyyət naziri Anar Kərimovun tövsiyəsinə əsasən, 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədilə media nümayəndələri və onların ailə üzvləri üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərə sərbəst giriş – “Açıq qapı” aksiyası elan olunub.

Muzeylərin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilir.