İyulun 22-də Azərbaycanın media mənsubları peşə bayramını – Milli Mətbuat Gününü qeyd etdi. Kimi iş başında, kimisi də müxtəlif təşkilatların düzənlədiyi mərasimlərdə...

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə Azərbaycan dilində ilk mətbu orqan – “Əkinçi” qəzetinin 1-ci sayı çapdan çıxıb. İki il ərzində 56 sayı işıq üzü görən qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özünüdərki yolunda tarixi səhifə açdı. Bu səhifəni və onun davamını yazan böyük ziyalılarımızı rəhmətlə anır, bu yolda çalışan bütün həmkarlarımızı təbrik edirik.