İyulun 22-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) Milli Mətbuat Günü münasibətilə mərasim keçirilib. Mərasimdə ATXİ-nin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov, sədr müavini, Xalq artisti Hacı İsmayılov, media nümayəndələri və ittifaqın əməkdaşları iştirak ediblər.

Tədbiri Azər Paşa Nemətov açaraq Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, mətbuatımızın tarixindən, mədəniyyət sahəsində medianın rolundan bəhs edib.

Sonra media mənsubları milli teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları ilə təltif olunub. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Gülcahan Mirməmməd də var.

Mərasimdə həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Nahidə Orucovaya 60 illik yubileyi münasibətilə ATXİ-nin “Sənətkar” medalı təqdim edilib.