Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkə izləyicilərinin, xüsusilə də gənclərin marağına səbəb ola biləcək interaktiv və əyləncəli layihə – “Bunlar maraqlıdır” aksiyasını həyata keçirir.

Kitabxana layihə çərçivəsində silsilə xarakterli videomateriallar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim edib. Kitabxananın əməkdaşları tərəfindən dünyanın yeddi möcüzəsi, Azərbaycanda çəkilən xarici filmlər, meyvə və tərəvəzlərin orqanizmə faydası kimi mövzularda materiallar hazırlanıb.

Ölkəmizdə çəkilən xarici filmlər haqqında materialda müəyyən kadrları Azərbaycanda lentə alınmış “Əli və Nino”, “Mahmud və Məryəm”, “Forsaj”, “Bir dünya kifayət deyil” və s. filmlər haqqında qısa məlumatlar verilir.

Aksiyanın əsas məqsədi izləyiciləri onlar üçün maraqlı ola biləcək məlumatlar ilə interaktiv və əyləncəli formada tanış etməkdir.