Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanasının “Azərbaycan ədibləri” seriyasından tərtib etdiyi “Seyran Səxavət” adlı biblioqrafik kitab işıq üzü görüb.
Bu, tanınmış şair, nasir, tərcüməçi Seyran Səxavətə həsr edilmiş ilk biblioqrafiyadır.

Göstəricidə ədibin kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən materiallar əhatə olunub.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın tərtibçiləri Xeyransa Abbasova, Gülbahar Misirova, elmi redaktoru professor Kərim Tahirov, redaktoru Elnur Nəciyevdir.