44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə 8 nəfər mədəniyyət işçisi qəhrəmancasına şəhid olub, 10 nəfər mədəniyyət işçisi yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib.

Nazirlik tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və mövcud problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.

Cari ilin yanvarından bu günədək Mədəniyyət Nazirliyi tərəfindən 100 şəhid və yaralanmış şəxsin ailə üzvü, I və II Qarabağ müharibələri iştirakçıları və onların ailə üzvləri mədəniyyət müəssisələrində işlə təmin edilib. Onlardan 53 nəfər şəhidlərin ailə üzvü, 10 nəfər döyüşlərdə yaralanan, 21 nəfər döyüşlərdə yaralananların ailə üzvü, 10 nəfər müharibə iştirakçısı, 6 nəfər isə müharibə iştirakçısının ailə üzvüdür.

Mədəniyyət Nazirliyi bu istiqamətdə fəaliyyətini mütəmadi olaraq davam etdirir.