“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.

İyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” hoteli, “PMD Hospitality”dir. Sponsorlar “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar Mobile”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “Port of Baku”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Mango”, “Next”, “Ali&Nino”, “Oven”, “Civil”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyidir.