Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Sabirabad Regional Mədəniyyət İdarəsi Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində qonaq olublar.

Şəki Regional Mədəniyyət İdarəsi Oğuz rayon MKS-nin Sincan kənd kitabxanasında “Yay məktəbi”nin təşkili və gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə tələbə gənclərlə görüş keçirilib. Qax rayon Güllük kənd 12 saylı kitabxana filialında “Mənim sevimli kitabım” layihəsi çərçivəsində tədbir təşkil olunub. Tədbirdə Nizami Gəncəvinin “Türküstan gözəlinin hekayəti” əsərinin oxusu təşkil edilib. Qax rayon Əmbərçay kənd klubunda məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbir keçirilib.

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Qəçrəş kənd kitabxanası tərəfindən “Qədim Qəçrəş” istirahət zonasında səyyar kitabxana xidməti təşkil olunub. MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin karantin rejiminin yumşalmasından sonra ilk məşğələsi keçirilib. Tədbirdə çıxış edən MKS-nin direktoru Saməddin Nəsirov ədəbi məclisin üzvlərinə yeni yaradıcılıq uğurları arzulayıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Kürdəmir rayon MKS-nin Dayıkazımlı və Qocalı kənd kitabxanalarına baxış keçirib. Baxış zamanı kitabxanaların son dövrlərdəki fəaliyyəti dəyərləndirilib, gələcəkdə görüləcək işlər müzakirə olunub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Lənkəran Regional Mədəniyyət İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində “Xəmsə” milli intellektual oyununun final mərhələsi keçirilib. Qalib komandalar kubok və diplomla təltif olunublar.

Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində turistlər üçün ekskursiya təşkil edilib. Ekskursiya zamanı qonaqlara bölgənin zəngin tarixi, adət-ənənələri, etnoqrafiyası barədə ətraflı məlumat verilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Keşikçidağ kurqanlarında aparılan arxeoloji qazıntı ilə tanış olublar. Qazax rayon MKS “Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır” adlı onlayn tədbir, oxu zalında isə “Azərbaycan tarixinə şanlı Qələbə yazan lider” adlı sərgi təşkil edib.

NURƏDDİN