Azərbaycanın Vətən müharibəsindən bəhs edir

 

Özbəkistanda tanınmış şair Xasiyyət Rüstəmin Azərbaycanın Vətən müharibəsindən bəhs edən “44 gün” kitabı işıq üzü görüb. Kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

Özbək və Azərbaycan dillərində nəşr olunan kitabın ədəbi məsləhətçiləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və şair-tərcüməçi Fəhriyar, Azərbaycan dilinə tərcüməçiləri Rəhmət Babacan, İntiqam Yaşar və Elşan Əzimdir.

Topluda Azərbaycana həsr olunan “Adı Lalə idi o qızın” poeması, “Rahatsız keçən 44 gün” əsəri, “Yuxuma girir Qarabağ” gündəliyi yer alıb. Həmçinin Xasiyyət Rüstəm haqqında Qənirə Paşayevanın, professor Ramiz Əskərin, şair Əkbər Qoşalının, şair Afaq Şıxlının, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və yazıçı Eluca Atalının fikirləri verilib.