F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Kinosu Günü münasibətilə videomaterial hazırlayıb.

Azərbaycan Dövlət Film Fondundan hazırlanan videomaterialda milli kinomuzun tarixinə qısa ekskurs edilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında müstəqillik dövrünə qədər və müstəqillik illərində ərsəyə gələn bədii filmlər, animasiya filmləri, Dövlət Film Fondunda qorunub saxlanılan eksponatlar, afişalar, fotolar haqqında ətraflı məlumat verilib.