Ölkəmizdə kino sahəsində fəaliyyət göstərən digər qurum – Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) da Kino Günündə ənənəvi mükafatının qaliblərini elan edib.

AKİ-dən verilən məlumata görə, Emil Quliyev “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə, Nəriman Əbdülrəhmanlı Azərbaycan kino salnaməsinin yaradılmasında xidmətlərinə, rejissor Hilal Baydarov  “Səpələnmiş ölümlər arasında” filmində obrazların  poetik vizual həllində uğurlarına görə  təltif olunublar.

AKİ-nin məlumatında o da qeyd olunur ki, keçən kino mövsümünü analiz edərkən və qalibləri seçərkən sahənin inkişafına səbəb ola biləcək tendensiyaları dəstəkləməyi əsas götürüblər.