“Warner Bros” kinostudiyası “CinemaCon”da “Matrix” seriyasından olan filmin dördüncü hissəsinin adını açıqlayıb.

Məlumatda qeyd olunur ki, filmin yeni bölümü “The Matrix: Resurrections” adlanır. Filmin əvvəlki hissələrində olduğu kimi, bu dəfə də baş rolu (Neo) aktyor Kianu Rivz canlandırır. “Warner Bros” filmin treylerini artıq təqdim edib.

Yeni bölümdə Neo özünü filmin birinci hissəsindəki reallığa bənzəyən monoton bir dünyada tapır. Filmin qəhrəmanı öz sevgilisi Trinitini kafedə görsə də, onu tanımır...