Rusiyada kitab satışı sahəsində əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi kitabların qiymətinin 30-40 faiz aşağı düşməsinə səbəb ola bilər.

Bu fikri Rusiya Kitab Birliyinin direktoru Sergey Stepaşin “Rusiya kreativ həftəsi” çərçivəsində keçirilən diskussiya zamanı deyib.

“Bu gün insanların çoxu kitab əldə edə bilmir. Bu barədə 20 ildir danışıram və hələ ki, birliyin direktoruyam, yenə də danışacağam. Biz ƏDV məsələsi üzərində bir daha düşünməliyik. Biz onu 20 il bundan qabaq 10 faizə qədər azalda bilmişik, ancaq Avropa ölkələrinin çoxunda kitab satışı bu vergidən azaddır”, – deyə o bildirib.