Misirin “Nil-Mədəniyyət” televiziya kanalında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.

Verilişdə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi, Şərqin dahi şair və mütəfəkkirinin həyat və yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Nizami Gəncəvi “Leyli və Məcnun” poemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Misirin İsgəndəriyyə Kitabxanasında şairin büstünün qoyulduğu da diqqətə çatdırılıb. Süjetdə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfər, ölkəmizin zəngin mədəni irsi haqqında da söhbət açılıb.

Verilişdə həmçinin Nizaminin “Leyli və Məcnun” poeması əsasında kiçik tamaşa hazırlayan və himnimizi ifa edən misirli gənclərə ölkəmizin Misirdəki səfirliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.