Türkiyənin Kahramanmaraş vilayətindəki “Domuztepe Höyüğü” adlı qədim yaşayış yerində 7500 il əvvələ aid olduğu ehtimal edilən tikililər aşkarlanıb. Qədim yaşayış yerində 1995–2006-ci illərdə Mançester və Kaliforniya universitetlərindən arxeoloqların iştirakı ilə qazıntılar aparılmışdı.

Arxeoloq Halil Tekinin başçılığı altında davam edən qazıntılar zamanı Şumerlərdən əvvəlki dövrə aid olduğu müəyyən edilən tarixi binalar üzə çıxıb. Qazıntılar zamanı 22 hektar ərazini əhatə edən yaşayış yerindən qədim saxsı qablar, vulkanik və cilalanmış şüşə alətləri, cilalanmış daşlar tapılıb.

Burada tapılan artefaktların bir çoxu Kahramanmaraş Arxeologiya Muzeyində nümayiş olunur.