Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Qaradəmirçi və Xanağalı kənd kitabxana filialları Nizami Gəncəvinin 880 illiyi münasibətilə videoçarxlar hazırlayıblar.

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Dahilik zirvəsi – Nizami” adlı tədbir keçirilib. Tədbirin rəsmi hissəsində dahi şairin həyat və yaradıcılığından, “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən ətraflı bəhs olunub. Bədii hissədə isə şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi məqbərə filialının birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Gəncə dahiləri” adlı onlayn görüş keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov çıxış edib. Regional idarənin  tabeliyindəki Samux rayon Mədəniyyət Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib.