Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin 2-ci Nügədi kənd kitabxanası Vətən müharibəsi şəhidi Eynulla Lətifovun doğum günü münasibətilə tədbir keçirib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin əməkdaşları rayonun Dağ Kəsəmən kəndində şəhidlərimizin xatirəsinə inşa olunan “Xarıbülbül” abidəsini, “Şəhidlər” abidə kompleksini və Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun Ağstafa şəhərindəki xatirə bulağını ziyarət ediblər. Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbinin pedaqoji kollektivi II Qarabağ müharibəsi şəhidi Asim Əliyevin doğum günündə məzarını ziyarət edib. Qazax rayon İkinci Şıxlı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Emil Kərimov və Elmar Omarovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin və portretləri həkk edilmiş xatirə lövhəsinin açılışı olub. Tədbirdə İkinci Şıxlı kənd Folklor klubunun əməkdaşları iştirak ediblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Salyan rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları 2-ci Qarabağ müharibəsi şəhidləri Vüsal Cəfərov və Sübhan Əzizovun ailələrinə baş çəkiblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Vüsal Şahmarlının məzarını ziyarət ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsinin ildönümü münasibətilə dəyirmi masa təşkil edib.

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Tariyel Atayevin məzarı başında xatirəsi yad olunub.