Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Şərqin ilk opera yazan qadını – Şəfiqə Axundova” adlı videoçarx hazırlanıb.

Kitabxananın Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədova tərəfindən ərsəyə gətirilən videoçarxda görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) həyat və yaradıcılığı haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycanda opera (“Gəlin qayası”) yazmış ilk qadın bəstəkar olan Ş.Axundova “Ev bizim, sirr bizim” operettasının, bu gün də populyarlığını qoruyub saxlayan mahnıların (“Mehriban olaq”, “Nədən oldu” və s.), romansların müəllifidir.

Kitabxananın “Youtube” kanalında yerləşdirilən videoçarxda bəstəkarın həyat və sənət yolunu əks etdirən fotolar da yer alıb.