“BBC World News” televiziya kanalı Azərbaycan haqqında videomaterial hazırlayıb. Videomaterialda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkədəki inkişaf əksini tapıb. Materialda Şuşa şəhəri ilə bağlı kadrlar da yer alır.

Videomaterial telekanalın “Hardtalk”, “BBC Business Report”, “İmpact” və digər proqramlarında yayımlanır.

Bununla yanaşı, bbc.com saytında da Azərbaycanın arxitekturasına, mədəniyyətinə və nəqliyyat infrastrukturuna dair məlumatlardan ibarət xüsusi bölmələr oxuculara təqdim edilir.

BBC-nin təqdim etdiyi materiallar ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bütün dünyada yayımlanan “BBC World News” telekanalının 450 milyon izləyicisi var.