XIII-XIV əsrin ilahiyyatçı alimi, Nəsirəddin Tusi məktəbinin görkəmli nümayəndəsi Cəmaləddin Həsən ibn Yusif ibn Mütəhhər Əllamə Hillinin ərəb dilində “İrşad əl-Əzhan ila əhkam əl-iman” əsərinin XIX əsrin əvvəllərinə aid əlyazma nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə olunub.

İnstitutdan bildirilib ki, dəri cildli əlyazma hicri 1220-ci/miladi 1805-ci ildə Məhəmməd Sadiq bin Məhəmməd Həsən tərəfindən nəsx xətti ilə köçürülüb.

Kitabın əlyazma nüsxəsi institutun laboratoriyasında müvafiq bərpadan keçdikdən sonra oxucuların istifadəsinə veriləcək.