Sentyabrın 18-dən 24-dək Gürcüstanın Batumi şəhərində XVI Batumi Beynəlxalq Müəllif Filmləri Festivalı (BİAFF-2021) keçiriləcək.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildiriblər ki, festivalda 30 ölkədən 70-ə yaxın bədii və sənədli tammetrajlı və qısametrajlı film nümayiş etdiriləcək.

Azərbaycanı gənc rejissor Azər Quliyev təmsil edəcək. Festivalda onun 15 dəqiqəlik “Təngnəfəs” bədii filmi nümayiş olunacaq.
Festival Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi, Batumi Meriyası, Milli Kino Mərkəzi və digər qurumların təşkilatçılığı ilə reallaşacaq.