Yazıçı-dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi  Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə  həsr olunmuş “MƏN və eqom...” kitabı nəşr edilib.

“Yeni Poliqrafist” nəşriyyatı tərəfindən çap olunan kitab yazıçının həyat və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.

Kitabda tanınmış qələm adamlarının müxtəlif zamanlarda E.Hüseynbəyli yaradıcılığı haqqında yazdıqları məqalələr toplanıb.

Kitabın redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.