Sentyabrın 22-də ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin yuxarı siniflərində (V–XI ) əyani tədris başlayacaq. Yeni tədris ilində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq və Gənclər Teatrı yeni dərs ilinə hazırlaşan bir qrup şəhid övladları üçün tədbir keçirib.

Tədbirdə teatrın aktyorları – Əməkdar artist Xəzər Gəncəli, illüzionist Tofiq əmi, Mehman Piriyev, Gülər Ləzgiyeva, Əfruz Əliyeva, Qurban Əhmədov, Sənan Fərzəliyev və Rəhimə Abdinovanın iştirakı ilə səhnəciklər və musiqi nömrələri təqdim olunub. Tədbirin rejissoru İlhamə Əhmədovadır.