Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Amsar kənd kitabxanasının əməkdaşları oxucularla birgə Qubanın Şəhidlər xiyabanını ziyarət ediblər. MKS-nin Qorxmazoba kənd kitabxana filialının əməkdaşları Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan Səlim İlyasovla görüşüb.

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidləri Xəyal İdrisov, Məhəmməd Osmanov, Nihat Kərimli, Elnur Əhmədov və Yusif Nəbiyevin ailələrinə baş çəkiblər.

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qax rayonunun mədəniyyət işçiləri II Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək üçün rayondakı Şəhidlər xiyabanını ziyarət ediblər. Zaqatala rayon MKS-nin əməkdaşları isə Vətən müharibəsi qaziləri ilə görüşüblər.

Biləsuvar Regional Mədəniyyət İdarəsi Biləsuvar rayon Aranlı və Zəhmətabad kənd kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Məhəmməd Əmənovun ailəsinə baş çəkiblər.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin əməkdaşları Həsənsu kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə salınmış bulaq kompleksini ziyarət ediblər. Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun Ev-Muzeyinə baş çəkiblər.

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Borsunlu kənd və Qazanbulaq qəsəbə Mədəniyyət evinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi Cahangir Qurbanovun evində şəhid və qazi ailələri ilə “Şəhidlərimizi tanıyaq və tanıdaq” adlı görüş keçirilib.

NURƏDDİN