Sentyabrın 18-də Məhəmmədhüseyn Şəhriyarın (1906–1988) vəfatının 33-cü ildönümü münasibətilə Təbrizdə dahi şairin məqbərəsi önündə mərasim keçirilib.

Mərasimdə İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi, İranın Ali rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Al-Haşim, şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Şəhriyarın həyat və yaradıcılığından söz açılıb.

Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və fars dillərində söz sənətinin ölməz incilərini yaradıb. 1988-ci il sentyabrın 18-də Təbrizdə vəfat edən şairin xatirə günü İranda “Şeir günü” kimi qeyd olunur.