Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Susayqışlaq kənd kitabxanası dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar tədbir keçirib. MKS-nin Talabıqışlaq kənd kitabxanası “Nizami ili” münasibətilə kitab sərgisi təşkil edib. MKS-nın Bağbanlı qəsəbə kitabxana filialı isə “Nizaminin poeziya dünyası” başlığı altında tədbir təşkil edib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Nizami Gəncəvinin lirikası” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda Nizaminin lirikasından bu günümüzə gəlib çatan nümunələr şairin zəngin yaradıcılığının çox az hissəsini təşkil etsə də, bu əsərlərin ideya dərinliyi, bədii ifadə kamilliyi, təsir gücü etibarilə epik əsərləri ilə bir sırada dayandığı vurğulanıb.