Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ramana qəsəbə Mədəniyyət evinin əməkdaşları Vətən müharibəsi şəhidi Yaqub Eldəniz oğlu Yaqubzadənin ailəsini ziyarət ediblər.

İdarədən bildirilib ki, Yaqub Yaqubzadənin anası, atası və yaxınları onun qısa ömür yolundan, müharibəyə getməsindən danışıblar.

Yaqub Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub   2005-2016-cı illərdə paytaxtın Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil alıb. Subay idi.

Yaqub Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəsur döyüşçü oktyabrın 2-də şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.

Ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.