İtaliyanın şimalındakı Verona şəhəri yaxınlığında yerləşən “Parco Natura Viva” zooparkında saxlanılan dünyanın ən yaşlı kərgədanı ölüb.

54 yaşlı “Nonno Toby”nin mumiyalanacağı və 5 il əvvəl eyni zooparkda ölən ağ aslan “Blanco”nun yanında, Trentodakı “MuSe” elm muzeyində sərgilənəcəyi bildirilib.

“Parco Natura Viva” zooparkında yalnız bir ağ kərgədan qalıb ki, o da 39 yaşlı “Benno”dur.

Nəsli kəsilməkdə olan şimal ağ kərgədan alt növlərindən isə 2-sinin sağ qaldığı, onların Keniyada silahlı mühafizəçilərin nəzarəti altında saxlanıldıqları bildirilib.