Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Rusiyanın “45parallel.net” portalında Xalq şairi Məmməd Arazın və milli poeziyanın tanınmış nümayəndəsi Əliağa Kürçaylının şeirləri yayımlanıb.

Portalda Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirləri, eləcə də hər iki şairin yaradıcılığı haqqında məlumat dərc olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “45parallel.net” portalı, həmçinin gənc, istedadlı şairə Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə yer ayırıb.