Qax Dövlət Kukla Teatrı 49-cu mövsümünü Əhməd Orucun “Zınqırovlu pişik” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açıb. Tamaşanı şəhid və qazi uşaqları da izləyiblər.

Rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada rolları Araz Mehrablı, Afət Yaqubova, Nuru Mustafayev, Aynurə Abbasova və başqaları oynayıblar. Səhnə əsərinin rəssamı Mayis Abdullayevdir.

Hazırda teatrda 2021-ci ilin repertuar planına daxil edilən iki əsər – fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” və rus yazıçısı Pavel Morozovun “Yırtıcı dovşan” əsərləri əsasında səhnələşdirilən tamaşalar üzərində məşqlər davam etdirilir. Birinci tamaşa oktyabrın sonunda uşaqlara təqdim olunacaq.